İran səfiri: “İran və Ermənistan genişmiqyaslı hərbi təlimlər keçirə bilər”

2026/01/1768412314.jpg
Oxunub: 433     14:16     24 Fevral 2026    
“Ölkələr arasında müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində mövcud əlaqələr nəzərə alınaraq, bu cür tədbirlər (ötən il keçirilmiş Ermənistan-İran hərbi təlimləri nəzərdə tutulur-red.) gələcəkdə də baş tuta və daha genişmiqyaslı ola bilər”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün erməni jurnalistlərlə söhbətində İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolami bildirib.

O xatırladıb ki, hazırda Ermənistanın müdafiə naziri Suren Papikyan rəsmi səfərlə Tehrandadır, bu da iki ölkə arasında münasibətlərin yüksəlişini göstərir. Diplomat Papikyanın səfərinin əvvəlcədən planlaşdırıldığını qeyd edib.

“Bu da ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafını bir daha təsdiqləyir. Səfər çərçivəsində tərəflər müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparacaq və əməkdaşlığı dərinləşdirəcəklər”, - deyə səfir qeyd edib.

Şirğolami vurğulayıb ki, Ermənistan-İran sərhədi hər zaman sülh sərhədi olub və hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır: “Hərbi sahədə əməkdaşlıq isə bu tarixi əlaqələrə, sərhədlərin toxunulmazlığına və iki ölkənin ərazi bütövlüyünün qorunmasına əsaslanır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan  


Bizi "telegram"da izləyin