MDB Hökumət Başçıları Şurasının iclası mayın 22-də Türkmənistanda keçiriləcək

2024/12/Ekran-1733997606.jpg
Oxunub: 385     14:12     24 Fevral 2026    
MDB Hökumət Başçıları Şurasının iclası mayın 22-də Türkmənistanda keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə MDB baş katibinin birinci müavini İqor Petrişenko məlumat verib.

“Bu gün biz həmçinin Hökumət Başçıları Şurasının gündəliyini təsdiqləyəcəyik. İclasın sədrlik edən dövlət olan Türkmənistanda keçirilməsi planlaşdırılır. Hazırda ilkin tarix cari ilin mayın 22-si hesab olunur”, - deyə o, jurnalistlərə bildirib.

Petrişenkonun sözlərinə görə, hazırda gündəlikdə 11 məsələ yer alıb. Bu məsələlər ilk növbədə iqtisadi aspekt, forum və sərgilərin təşkili, nəqliyyat dəhlizləri, rəqəmsallaşma, eləcə də 2027-ci il üçün Minsk şəhərinin, 2028-ci il üçün isə Karaqanda şəhərinin MDB-nin mədəniyyət paytaxtları elan edilməsi ilə bağlıdır.

“Bu gün biz həmçinin MDB çərçivəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsinə dair üçillik proqramın icra vəziyyəti və nəticələri haqqında məlumatı dinləyəcək, növbəti üçillik dövr üçün müvafiq yanaşmaları müəyyən edəcəyik”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MDB   Türkmənistan  


Bizi "telegram"da izləyin