İran səfiri: “İran Ermənistanla münasibətlərdə yeni uğurlar əldə etmək üçün səylər göstərməyə hazırdır”

2026/02/dfgdf-1770884566.jpg
Oxunub: 348     12:55     24 Fevral 2026    
“Ölkələrimiz arasında münasibətlərdə yeni uğurlar əldə olunması üçün bütün səyləri göstərməyə hazırıq”.

Ordu.az xəbər verir ki, bu barədə fevralın 24-də erməni iranşünas Vardan Voskanyana İranın Fars dili və Ədəbiyyatı Akademiyasının fəxri üzvü adı verilməsi münasibətilə keçirilən təntənəli mərasimdə İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolami bildirib.

Onun sözlərinə görə, İranla, iranşünaslıqla və İranla Ermənistan arasında minillik əlaqələrlə bağlı hər bir mövzu İran tərəfindən xüsusi diqqətlə izlənilir.

“İctimai sahədə Voskanyan öz biliklərindən istifadə edərək Ermənistan və İran münasibətləri, Cənubi Qafqazın geosiyasi vəziyyəti və regionda qüvvələr balansı kimi mövzuları təhlil edir. Onun təhlilləri həmişə İranın tarixi və mədəniyyəti barədə dərin biliklərə əsaslanır”, - deyə səfir vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan  


Bizi "telegram"da izləyin