Erməni ekspert: “ABŞ-İran toqquşmasının ehtimalı hələ də çox yüksəkdir, ABŞ ordusu 100 %-lik hazırlıq vəziyyətinə gətirilib”

2026/02/1771483267.jpg
Oxunub: 397     12:23     24 Fevral 2026    
“ABŞ Silahlı Qüvvələri 100 faiz hazırlıq vəziyyətinə gətirilib və istənilən an İrana qarşı hərbi əməliyyatlar həyata keçirməyə hazırdır. Donald Trampa gəlincə isə, son qərar ona məxsusdur, lakin o, hələ tərəddüd edir”.

Ordu.az xəbər verir ki, bu barədə beynəlxalq məsələlər üzrə erməni ekspert Suren Sarkisyan “Facebook” səhifəsində yazıb.

“Burada, düşünürəm ki, Tramp əslində iki strateji problemi həll etmək üçün vaxt qazanmağa çalışır. Birincisi ondan ibarətdir ki, o, uyğun ictimai rəy və dəstək formalaşdırmalıdır ki, yalnız bundan sonra addım ata bilsin. O göstərməlidir ki, danışıqlar üçün bütün imkanlar tükənib və artıq danışıqlar aparmaq mümkün deyil, eyni zamanda İranın nüvə silahı əldə etməyə çox yaxın olduğu tezisini irəli sürməlidir.

İkinci mühüm məqam daxili siyasi risklərin azaldılması ilə bağlıdır. Əgər hərbi əməliyyat ABŞ ordusu və ya hərbçilər üçün ağır nəticələr doğursa, bu, birbaşa Trampın və respublikaçıların reytinqinə zərbə vuracaq. Bu halda respublikaçılar noyabrda keçiriləcək seçkilərdə məğlub ola bilər və demokratlar impiçment məsələsini gündəmə gətirə bilərlər. Hazırda Nümayəndələr Palatasında artıq 3 impiçment layihəsi var və hər hansı problem yaranarsa, əvvəlki dəfə olduğu kimi bəzi respublikaçılar yenidən impiçmentə qoşula bilərlər”, - deyə Sarkisyan qeyd edib.

Sarkisyan bildirib ki, üstəlik, Trampın əvvəlki prezidentliyi dövründə demokratlar impiçment prosesini başladıblar, respublikaçılar üzərində güclü ictimai təzyiq formalaşdırıblar və prosesi ictimai gündəmdə saxlamaq üçün fəal siyasi və media kampaniyası aparıblar.

“Nəticədə təxminən onadək respublikaçı impiçmentə qoşuldu. Yəni Trampın komandası hələ çox şeyi hesablamalı və düşünməlidir, lakin hərbi toqquşma ehtimalı hələ də çox yüksəkdir”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Sarkisyan  


Bizi "telegram"da izləyin