Fuad Oktay Azərbaycana gəlib

2026/02/1771874499.jpg
Oxunub: 468     23:10     23 Fevral 2026    
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri, sabiq vitse-prezident Fuad Oktay Azərbaycana gəlib.

Ordu.az xəbər verir ki, F.Oktay bu barədə "X"dəki hesabında yazıb.

"Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri olaraq "10-cu Türkiyə - Azərbaycan - Gürcüstan Parlamentlərinin Xarici İşlər Komitələrinin Üçtərəfli Birgə Görüşü"ndə iştirak etmək və rəsmi danışıqlar aparmaq üçün Azərbaycandayıq.

Səfirliyimiz tərəfindən təşkil edilən iftar süfrəsində qardaş və bacılarımızla görüşmək, görüşlərdən və müzakirələrimizdən əvvəl məlumat almaq və söhbət etmək imkanı əldə etdik", - TBMM rəsmisi bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fuad-Oktay   Azərbaycan  


Bizi "telegram"da izləyin