Ermənistan Berndə səfirlik yaradır

2026/02/1771860896.jpg
Oxunub: 440     19:34     23 Fevral 2026    
Fevralın 23-də Cenevrədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İsveçrə Konfederasiyasının Xarici Əlaqələr Federal Departamentinin rəhbəri İqnazio Kasis ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, həmsöhbətlər Ermənistan və İsveçrə arasında tərəfdaşlığın inkişafı və ikitərəfli gündəliyin məzmun baxımından yeni istiqamətlərlə zənginləşdirilməsi istiqamətində görülən işləri müzakirə ediblər.

“Nazir Mirzoyan bildirib ki, Ermənistan hökuməti Berndə Ermənistanın rezident səfirliyinin yaradılması barədə qərar qəbul edib. Tərəflər məmnunluqla qeyd ediblər ki, bu addım ikitərəfli daha sıx əməkdaşlıq üçün yeni stimul olacaq.

Ararat Mirzoyan və İqnazio Kasis ATƏT çərçivəsində əməkdaşlıq məsələlərini, o cümlədən İsveçrənin sədrliyi kontekstində müzakirə ediblər. Həmçinin digər formatlarda qarşılıqlı faydalı iştirak və qarşıdan gələn yüksək səviyyəli tədbirlər, o cümlədən İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin görüşü barədə fikir mübadiləsi aparılıb.

Ermənistan və İsveçrənin xarici işlər nazirləri regional proseslər ətrafında da fikir mübadiləsi aparıblar. Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülhün və onun möhkəmləndirilməsi istiqamətində ardıcıl addımların əhəmiyyəti vurğulanıb”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Bern  


Bizi "telegram"da izləyin