Sumqayıtda partlamamış top mərmisi tapılıb

2020/03/1583335940.jpg
Oxunub: 541     16:44     23 Fevral 2026    
Sumqayıt şəhərində partlamamış hərbi sursat aşkarlanıb.

Ordu.az xəbər verir ki, hadisə şəhərin İnşaatçılar küçəsində, Sumqayıt Alüminium Zavodunun qarşısında yol kənarında qeydə alınıb.

Əraziyə baxış zamanı 1 ədəd 130 mm-lik yivli top mərmisi aşkar edilib.

Tapıntı ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və əraziyə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün mütəxəssislər cəlb olunub.

Mərmi aidiyyatı üzrə təhvil verilib

Faktla bağlı araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sumqayıt   Top-mərmisi  


Bizi "telegram"da izləyin