Erməni sürücü: “Gürcülər Ermənistan istiqamətinə gedən erməni sürücülərin girişini qadağan edir, 700 dollar tələb edirlər”

2026/02/1771739881.jpg
Oxunub: 354     09:20     23 Fevral 2026    
“Hazırda odun, maye qaz və kömür yüklənmiş çoxlu sayda yük avtomobili Gürcüstan sərhədində dayanıb”.

Ordu.az xəbər verir ki, bu barədə erməni yük maşını sürücüsü Gevorq Sarkisyan bildirib.

Sarkisyanın sözlərinə görə, gürcülər Ermənistana aparan yolu bağlayıb və 700 ABŞ dolları tələb edirlər. “Heç bir səbəb göstərmədən sadəcə pul istəyirlər. Ermənistandan da heç kim heç nə demir, nə olacağını bilmirik”, - deyə Sarkisyan bildirib.

Qeyd edək ki, avtomobillər fevralın 12-dən etibarən sərhəddə dayanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gürcüstan  


Bizi "telegram"da izləyin