Ötən ay 1738 hektar ərazi minalardan təmizlənib

2021/05/photo-1622458324.jpg
Oxunub: 436     13:00     02 Fevral 2026    
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ANAMA-dan Ordu.az-a verilən məlumata görə, azad olunan ərazilərdə yanvar ayı ərzində 37 tank əleyhinə mina, 337 piyada əleyhinə mina, 1356 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 1738.3 hektar ərazi minalardan təmizlənib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANAMA   Mina  


Bizi "telegram"da izləyin