Rus KİV-i: İcarəyə verilmiş suverenlik: KTMT-dən çıxış Ermənistanı ABŞ-Türkiyə oyununda xırda pula necə çevirir

2025/04/1744356009.jpg
Oxunub: 442     15:45     02 Fevral 2026    
Ermənistan üçün yeganə xilas yolu praqmatik, çoxvektorlu siyasətə qayıtmaq, KTMT çərçivəsində Rusiya ilə tamhüquqlu müttəfiqliyi bərpa etmək və daxili islahatlar aparmaqdır.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “Radiozvezda.ru” nəşri “İcarəyə verilmiş suverenlik: KTMT-dən çıxış Ermənistanı ABŞ-Türkiyə oyununda xırda pula necə çevirir” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, bu mövzu Anna Şafranın “Milli təhlükəsizlik strategiyası” verilişinin yeni buraxılışında müzakirə olunub.

Verilişin qonağı “Ümumerməni cəbhəsi” hərəkatının lideri, Ermənistanın keçmiş müdafiə naziri, erməni general-mayor Arşak Karapetyan olub.

Karapetyan qeyd edib ki, Cənubi Qafqaz ABŞ-nin Ermənistanın mövcud rəhbərliyinin zəifliyindən və anti-Rusiya əhval-ruhiyyəsindən istifadə edərək Rusiyanı regiondan sıxışdırmaq və nəticə etibarilə bölgəni yenidən formatlamaq strategiyasını həyata keçirdiyi geosiyasi gərgin qarşıdurma məkanına çevrilib.

Nəşr bildirib ki, Vaşinqtonun fəaliyyəti, xüsusən “TRIPP Development” (Zəngəzur dəhlizi-red.) strukturunun yaradılması ABŞ yönümlü dayaq formalaşdırmağa, Avropa və Rusiyaya qarşı balans kimi Türkiyəni gücləndirməyə, strateji kommunikasiya xətlərinə çıxış əldə etməyə və Moskvanın müttəfiqlərini zəiflətməyə yönəlib.

“Paşinyanın KTMT-yə üzvlüyü “dondurmaq”, Rusiya qoşunlarını çıxarmaq və Azərbaycana birtərəfli ərazi güzəştləri etmək addımları Ermənistanın real suverenliyinin sürətlə itirilməsinə gətirib çıxarır və ölkəni Moldovada olduğu kimi, xarici nəzarət altında olan bir əraziyə çevirir”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin