Azərbaycan dünyada hərbi güc səviyyəsinə görə ilk 60-lıqdadır, Ermənistan isə 101-cidir

2021/01/4433-1610961852.jpg
Oxunub: 704     14:12     26 Yanvar 2026    
2026-cı ilin əvvəlində Ermənistan dünyada hərbi güc səviyyəsinə görə 101-ci yerdə qərarlaşıb.

Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu, 2026-cı il üzrə hərbi gücün “Global Firepower” reytinqinin məlumatlarında əksini tapıb.

Rusiya ənənəvi olaraq ikinci yerdə qalır, reytinqə isə ABŞ başçılıq edir. İlk onluqda Çin, Hindistan, Cənubi Koreya, Fransa, Yaponiya, Britaniya, Türkiyə və İtaliya yer alır.

Azərbaycan 60-cı, İran 16-cı, Gürcüstan isə 95-ci yerdə qərarlaşıb.

Reytinq çərçivəsində 145 ölkənin hərbi güc indeksinin hesablanması üçün 60-dan çox amil qiymətləndirilir. Bu amillərə ölkənin maliyyə vəziyyəti, coğrafi mövqeyi, logistika imkanları və digər göstəricilər daxildir.

“Global Firepower” reytinqi 2005-ci ildən etibarən tərtib olunur və ölkələrin silahlanması barədə məlumatlar təqdim edən “Military Factory” şəbəkəsinə daxildir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin