Azərbaycan və İsrail arasında Ermənistanla normallaşma prosesi müzakirə edilib

2026/01/df45s-1769419338.jpg
Oxunub: 300     13:15     26 Yanvar 2026    
Mən israilli nazirə Azərbaycan-Ermənistan münasibətləri barədə məlumat verdim.

Ordu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün İsrail Dövlətinin xarici işlər naziri Gideon Moşe Saarla birgə keçirdiyi mətbuat konfrasında deyib.

Həmçinin tarixi Vaşinqton görüşündək sonra əldə edilən nəticələr barədə fikirlərimi bölüşdüm.

Eyni zamanda azad edilən ərazilərdə görülən quruculuq işləri, keçmiş məcburi köçkünlərin qayıdışı, orada yeni həyatın yaranması və mina problemləri barədə fikirlərimi çatdırdım", - deyə xarici işlər naziri bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İsrail   Ermənistan  


Bizi "telegram"da izləyin