Kobaxidze: "Gürcüstan ABŞ ilə strateji qarşılıqlı fəaliyyətə hazırdır"

2025/02/1739203944.jpg
Oxunub: 279     13:02     26 Yanvar 2026    
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin ABŞ ilə strateji qarşılıqlı fəaliyyətə hazır olduğunu bəyan edib.

Ordu.az "İnterfaks"a istinadən xəbər verir ki, o bu barədə jurnalistlərə bildirib.

"Qərar vermək ABŞ tərəfinin üzərindədir. Təəssüf ki, Prezident Cozef Baydenin administrasiyası tərəfindən yaradılan Gürcüstan-ABŞ münasibətlərinin konteksti ağırdır. Görək bu fonda bizim münasibətlərimiz necə inkişaf edəcək. Biz səbrlə gözləyir və ABŞ ilə strateji tərəfdaşlığa hazır olduğumuzu bəyan edirik", - o bildirib.

"Bildiyimiz qədər, ABŞ vitse-prezidentinin bu səfəri Zəngəzur nəqliyyat dəhlizi ilə bağlıdır və burada diqqət Azərbaycan və Ermənistanadır", - ABŞ vitse-prezidenti Cey Di Vensin Azərbaycan və Ermənistana gözlənilən səfəri ilə bağlı sualı şərh edərkən Baş nazir bildirib.

Eyni zamanda o qeyd edib ki, Gürcüstan da Cənubi Qafqaz nəqliyyat dəhlizinin bir hissəsidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kobaxidze   Gürcüstan  


Bizi "telegram"da izləyin