Ordu.az xəbər verir ki, bunu Gürcüstanın sabiq Baş naziri Giorgi Qaxariya “X” hesabındakı paylaşımında yazıb.
Onun sözlərinə görə, bu nailiyyət Prezident Trampın liderliyi və fəal iştirakı sayəsində mümkün olub.
“ABŞ-nin Cənubi Qafqazda mövcudluğu regionda sülh, təhlükəsizlik və rifah üçün böyük əhəmiyyət daşıyır.
Ölkələr yeni dünya nizamında öz milli maraqlarını irəli apardıqları bir vaxtda, Gürcüstan “Gürcü Arzusu”nun məqsədli addımları və səriştəsizliyi səbəbindən strateji əhəmiyyətini itirir və getdikcə daha çox təcrid olunur.
ABŞ ilə münasibətləri bərpa etmək və Gürcüstanı ABŞ-nin Cənubi Qafqaz gündəminin mərkəzinə qaytarmaq əvəzinə, rejim Birləşmiş Ştatlara qarşı hücumları və dezinformasiyanı davam etdirir, düşmən aktorlarla müttəfiqlik qurur. Bu isə təkcə Gürcüstanın təhlükəsizlik maraqlarını deyil, həm də regionda sabit, uzunmüddətli sülhü və ABŞ-nin milli təhlükəsizlik maraqlarını təhlükə altına qoyur.
Gürcüstanı yenidən gündəmə qaytarmaq üçün qonşularımız və strateji tərəfdaşlarımızla sıx əməkdaşlıq etməliyik”, - deyə Qaxariya yazıb.
Alpər Mövludoğlu
Ordu.az