Müdafiə sənayesi nazirinin müavini Türkiyənin ali təhsil müəssisələrinin rəhbərləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib - FOTOLAR

2026/01/98ceb-1769412098.jpg
Oxunub: 329     11:20     26 Yanvar 2026    
Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov bir sıra ali təhsil müəssisələrini ziyarət edib və rəhbər heyətləri ilə görüşlər keçirib.

Bu barədə Ordu.az-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Görüşlərin əsas məqsədi müdafiə sənayesi sahəsində kadr hazırlığı, elmi-tədqiqat imkanları, qarşılıqlı faydalı əməkdaşlıq mexanizmlərini müəyyənləşdirmək və gənc mütəxəssislər üçün mübadilə proqramlarının həyata keçirilməsi imkanlarını müzakirə etmək olub.

Universitet rəhbərləri təmsil etdikləri ali təhsil müəssisələrinin elmi-tədqiqat infrastrukturu, müdafiə sənayesinə yönəlik ixtisaslaşmış təhsil imkanları və süni intellekt texnologiyalarının tətbiqi sahəsində əldə etdikləri təcrübə barədə danışıblar.

Səmimi və konstruktiv şəraitdə keçən görüşlərdə qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi və bu cür görüşlərin mütəmadi təşkil edilməsi barədə razılığa gəlinib.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin