Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.
Onun sözlərinə görə, TRIPP (Zəngəzur dəhlizi-red.) sənədinin mətnində “suverenlik” sözü qeyri-təbii dərəcədə çox təkrarlanırdı, halbuki real məzmun tamamilə fərqlidir.
“Mənim tənqidim TRIPP-ə qarşı deyil, Nikol Paşinyanın apardığı siyasətə qarşıdır. ABŞ-ni günahlandırmaq olmaz, çünki öz maraqlarını regionda irəli aparır. Sənin kimə vassal olmağının fərqi yoxdur, istər rusun, istər amerikalının, istərsə də avropalının olsun, vassal vassal olaraq qalır”, - deyə Aşotyan qeyd edib.
Aşotyan bildirib ki, Ermənistanın tranzit potensialı TRIPP-dən qat-qat böyükdür və bu potensial TRIPP naminə israf edilməməlidir.
“Söhbət həm “Şimal-Cənub” avtomobil yolundan, həm də digər tranzit marşrutlardan gedir. Bir karatlıq almazı sirkon qiymətinə xırdalayıb satmaq və buna sevinmək olmaz”, - deyə Aşotyan vurğulayıb.
O, həmçinin qeyd edib ki, TRIPP-in real idarəetməsi operatorların əlində olacaq, Ermənistan isə operator deyil.
Alpər Mövludoğlu
Ordu.az