İsrail XİN başçısı: "İlham Əliyev ölkəsini mühüm nailiyyətlərə doğru aparır"

2026/01/1769411035.jpg
Oxunub: 391     10:55     26 Yanvar 2026    
Azərbaycan və İsrail strateji münasibətlərini gücləndirir.

Ordu.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar "X" hesabındakı paylaşımında qeyd edib.

"Azərbaycan Prezidenti İlham Əliyev uzaqgörən bir liderdir və ölkəsini mühüm nailiyyətlərə doğru aparır. Bakıda çox maraqlı bir görüşümüz oldu və mən Prezidentə dostluğuna, həmçinin Azərbaycanda yəhudi icmasına verdiyi dəstəyə görə təşəkkür etdim. Bakıya müxtəlif sahələri əhatə edən İsrail şirkətləri və iqtisadi təşkilatlardan ibarət yüksək səviyyəli biznes-iqtisadi nümayəndə heyəti ilə gəldim. Ortaq məqsədimiz enerji, müdafiə, su, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığımızı daha da dərinləşdirməkdir", - deyə o paylaşımda bildirib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Azərbaycan  


Bizi "telegram"da izləyin