Milli Məclislə Bəhreyn Krallığının Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb

2026/01/1-(1)-1769361774.jpg
Oxunub: 398     20:54     25 Yanvar 2026    
Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Ordu.az-a verilən məlumata görə, sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Bəhreyn Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Al Musalam imzalayıblar.

S.Qafarova Anlaşma Memorandumunun əhəmiyyətini xüsusi vurğulayıb.

Qeyd edilib ki, bu sənəd parlamentlərarası əlaqələrin yeni mərhələyə yüksəlməsinə, o cümlədən parlament komitələri, dostluq qrupları, parlament aparatları və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bəhreyn   Azərbaycan  


Bizi "telegram"da izləyin