“Əlbəttə, Trampla eyni masada oturmaq və şəkil çəkdirmək (protokola uyğun olaraq, əlifba sırası ilə, ev sahibi ortada) daxili PR baxımından vacibdir, çünki Davosda Trampla ikitərəfli görüşün olmaması faktını ört-basdır edir”.
Ordu.az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə erməni ekspert Suren Sarkisyan “Facebook” səhifəsində yazıb.
“Mənim üçün hələ də anlaşılmazdır ki, Tramp niyə Ermənistanın Baş naziri ilə təkbətək görüş keçirmədi, halbuki Azərbaycan Prezidenti ilə belə bir görüş baş tutdu. Adətən ABŞ tərəflər arasında pariteti qorumağa çalışır.
Bundan əlavə, Tramp və İlham Əliyev TRIPP (Zəngəzur dəhlizi-red.) təşəbbüsünü müzakirə ediblər. Qeyd edək ki, Tramp Davosda yalnız iki ikitərəfli görüş keçirib: İlham Əliyev və Zelenski ilə (NATO-nun baş katibi istisna olmaqla)”, - deyə Sarkisyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Sarkisyan
Ermənistan