Ermənistan Baş Prokurorluğu: Hazırda II Qaregin barəsində cinayət işi mövcud deyil

2021/01/cvbcv-1611820830.jpg
Oxunub: 422     19:25     23 Yanvar 2026    
Ermənistan Baş Prokurorluğu bildirir ki, hazırda bütün ermənilərin katolikosu II Qaregin barəsində cinayət işi mövcud deyil.

Ordu.az xəbər verir ki, “Aysor.am” Ermənistan Baş Prokurorluğuna yazılı sorğu ünvanlayaraq II Qareginə aid hər hansı başlanmış cinayət işinin olub-olmaması barədə məlumat istəmişdi.

Prokurorluqdan cavab olaraq bildirilib: “Göstərilən şəxs barəsində Ermənistan Prokurorluğunda hazırda cinayət işi ilə bağlı məlumat mövcud deyil”.

Eyni zamanda, “Şoğakat” televiziya şirkətinin direktoru Manya Qazaryanın hansı icraat çərçivəsində dindirildiyi barədə də məlumat istənilib.

Lakin Prokurorluq istintaqın maraqlarını əsas gətirərək bu barədə məlumat verməyin mümkün olmadığını qeyd edib.

Xatırladaq ki, “Hraparak” qəzeti hakimiyyətin II Qareginə qarşı yeni cinayət işi hazırladığı barədə yazmışdı.

Nəşr qeyd edirdi: “Bizə bildirilib ki, İstintaq Komitəsində pul yuyulması maddəsi üzrə iş araşdırılır. Həmin icraat çərçivəsində “Şoğakat” televiziya şirkətinin direktoru Manya Qazaryan da dindirilib və işdə onun da adı hallanır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   II-Qaregin  


Bizi "telegram"da izləyin