"Cənubi Qafqazda sülh və əməkdaşlıq tərəfdaşıyıq" - Vəhid Cəlalzadə

2026/01/Ekran-1769180741.jpg
Oxunub: 434     18:58     23 Yanvar 2026    
Birinci Qarabağ müharibəsində biz azərbaycanlı qardaşlarımızın yanında olmuşuq.

Ordu.az xəbər verir ki, bunu bu gün İran İslam Respublikasının xarici işlər nazirinin konsulluq və parlament məsələləri üzrə müavini Vəhid Cəlalzadə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə dostluq görüşündə deyib.

"Ali Lider Əli Xamenei də bildirib ki, Qarabağ Azərbaycan torpağıdır. İkinci Qarabağ müharibəsi dövründə bizim parlamentdə bəyanat qəbul edildi.

Cənubi Qafqazda sülh və əməkdaşlıq tərəfdaşı olduğumuzu bildirdik.

Azərbaycan və Ermənistan arasında iki ölkənin milli mənafelərinə uyğun iqtisadi əlaqələrin qurulmasının tərəfdaşı olmuşuq", - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Qafqaz   İran  


Bizi "telegram"da izləyin