İğdır Azərbaycan Evi nümayəndələri Xankəndi və Xocalıda yenidənqurma işləri ilə tanış olublar- FOTOLAR

2025/09/igdir-1758885615.jpg
Oxunub: 318     15:17     26 Sentyabr 2025    
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə İğdır Azərbaycan Evinin üzvləri Xankəndi şəhərinə və Xocalı rayonuna səfər ediblər.

Ordu.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Prezidentin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, qonaqlara şəhərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri barədə ətraflı məlumat verib və bildirib ki, qısa müddətdə şəhərin siması dəyişərək, Azərbaycanın ən müasir və abad şəhərlərindən birinə çevriləcək. Səfər çərçivəsində nümayəndə heyəti Xocalı şəhərində də olub, burada da həyata keçirilən yenidənqurma və bərpa prosesləri ilə yaxından maraqlanıblar. Qonaqlar Qarabağ Universitetinə də baş çəkərək, tələbələr üçün yaradılmış müasir şəraitlə tanış olublar.

Qeyd edək ki, səfərdə Türkiyənin Şərqi Anadolu bölgəsində fəaliyyət göstərən bir neçə universitetin rektoru, İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Açarın iştirak edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: İğdır   Xankəndi   Xocalı  


Bizi "telegram"da izləyin