Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub - FOTOLAR

2025/09/photo-1758450470.jpg
Oxunub: 1980     13:34     21 Sentyabr 2025    
Mədəniyyət Nazirliyi tərəfindən 20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə, eləcə də "Konstitutsiya və Suverenlik İli" çərçivəsində Xankəndi şəhərinə mediatur təşkil edilib.

Ordu.az xəbər verir ki, media nümayəndələri şəhərdəki Konqres Mərkəzi, Biznes Mərkəzi, inşası davam etdirilən Zəfər parkı, Zəfər Muzeyi, Qarabağ Universiteti və digər əsas müəssisələrlə tanış olublar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Şamxal Adıgözəlov media təmsilçilərinə müəssisələr haqqında ətraflı məlumat verib, onların suallarını cavablandırıb.

Media təmsilçiləri səfər müddətində Mədəniyyət Nazirliyi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə ilk dəfə keçirilən 20 sentyabr - Xankəndi Şəhəri Günü tədbirlərinə də qatılıblar.

Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" 19 sentyabr 2024-cü il tarixində Sərəncam imzalayıb. Sərəncamla 20 sentyabr tarixi Dövlət Suverenliyi Günü kimi təqvimə yazılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Dövlət-Suverenliyi-Günü   Xankəndi  


Bizi "telegram"da izləyin