Vətən müharibəsi şəhidlərinin ailə üzvləri Bakıda "Formula 1" yarışına dəvət olunublar - FOTOLAR

2025/09/photo-1758374160.jpg
Oxunub: 1205     17:04     20 Sentyabr 2025    
Vətən müharibəsi şəhidlərinin ailə üzvləri Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisinə dəvət olunublar.

Ordu.az xəbər verir ki, minlərlə azarkeşin canlı izlədiyi turnirdə II Qarabağ müharibəsində tarixi qələbəni yaşadan qəhrəman şəhidlərin ailə üzvləri və qazilər də fəxri qonaq qismində tribunalarda yer alıblar.

Həmçinin, balaca "Formula 1" həvəskarları bulvar boyunca təşkil olunan əyləncələrdə iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Formula-1   Şəhid  


Bizi "telegram"da izləyin