Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin anım mərasimi keçirilib - VİDEO+FOTOLAR

2025/09/30074-1758368777.jpg
Oxunub: 1062     15:07     20 Sentyabr 2025    
Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Abdullayev Rəşad Arif oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə qəhrəman zabitin həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirilib. Çıxış edənlər şəhidimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətlərindən söz açaraq şərəfli həyat yolu haqqında danışıblar.

Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Vətən-Müharibəsi-Qəhrəmanı   Rəşad-Abdullayev  


Bizi "telegram"da izləyin