“Dassault” Fransanın ilk kosmik təyyarəsi VORTEX üzərində işə başlayıb

2025/06/1750401321.jpg
Oxunub: 407     12:45     20 İyun 2025    
Fransanın müdafiə sahəsində kosmik imkanlarını artırmaq məqsədinə uyğun olaraq, “Dassault Aviation” tərəfindən hazırlanmış VORTEX kosmik təyyarə layihəsi rəsmən açıqlanıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, layihə Fransa Baş Silahlanma İdarəsi (DGA) və Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzi (CNES) tərəfindən dəstəklənib.

VORTEX layihəsi 2024-2030 Hərbi Proqramlaşdırma Aktı (LPM) çərçivəsində prioritet hesab edilən kosmik mobillik strategiyasının bir hissəsi kimi həyata keçirilir.

Layihənin son məqsədi ekipajlı, təkrar istifadə edilə bilən kosmik gəmi hazırlamaqdır. Bu kosmik gəmi orbitə çıxmaq, manevr etmək və sonra Yerə qayıtmaq üçün nəzərdə tutulub.

“Dassault Aviation” şirkətinin baş direktoru Erik Trappier “Le Figaro” qəzetinə verdiyi açıqlamada deyib: “Kosmos strateji, iqtisadi və elmi baxımdan əsas rəqabət sahəsinə çevrilir. ABŞ, Çin və Rusiya bu sahədə sürətlə irəliləyir. Fransa da öz potensialını yaratmalıdır. “Dassault” olaraq biz aerodinamika, uçuş idarəetmə sistemləri, idarəetmə və insan-maşın interfeysləri sahəsində biliklərimizlə bu sahəyə töhfə verməyə hazırıq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dassault   Fransa  


Bizi "telegram"da izləyin