Alman HHM-nə SZ dəstəyi: “Diehl” və HENSOLDT güclərini birləşdirdi

2025/06/1750400896.jpg
Oxunub: 415     10:57     20 İyun 2025    
Almaniyanın müdafiə sənayesinin iki aparıcı şirkəti olan “Diehl Defence” və HENSOLDT Almaniyanın Hava Hücumundan Müdafiə (HHM) qabiliyyətini Süni Zəka (SZ) texnologiyaları ilə gücləndirmək üçün strateji tərəfdaşlıq imzalayıb.

Ordu.az xəbər verir ki, əməkdaşlıq xüsusilə yüksək intensivlikli təhdid mühitlərində daha sürətli və effektiv qərarlar qəbul edə bilən avtonom HHM sistemlərini inkişaf etdirmək məqsədi daşıyır.

Müasir döyüş meydanında hava təhdidlərinin şaxələndirilməsi və sürətləndirilməsi ənənəvi komanda-nəzarət strukturlarının qeyri-adekvat olduğu vəziyyətlər yaradır.

“Diehl” və HENSOLDT-un ortaq vizyonu insan müdaxiləsindən asılılığı azaltmaqla, SZ ilə dəstəklənən sistemlərlə qərar qəbuletmə proseslərini avtomatlaşdırmaqdır.

“Yeni nəsil hava təhdidləri daha sürətli, daha çevik və daha mürəkkəbdir. Adi sistemlər bu təhlükələrə qarşı qeyri-adekvatdır. Ona görə də etibarlı və müstəqil qərarlar qəbul edə bilən sistemlərin inkişafı zərurətə çevrilib”, - deyə HENSOLDT şirkətinin baş direktoru Tomas Müller bildirib.

Tərəfdaşlıq xüsusilə “Diehl Defence”in IRIS-T SLM HHM sistemi və HENSOLDT-un TRML-4D radarının SZ ilə dəstəklənərək, daha effektiv bir birləşmə yaratmasını əhatə edir. Bu sayədə radar tərəfindən aşkar edilən təhdidlər çox daha sürətli təhlil oluna, prioritetləşdirmə və nişan alma qərarları verilə biləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Alman   HHM   SZ  


Bizi "telegram"da izləyin