İsrail: Tehrana doğru hava yolu faktiki olaraq açıqdır

2025/06/1749899811.jpg
Oxunub: 487     16:02     14 İyun 2025    
İsrail Tehrana doğru hava yolunun faktiki olaraq açıq olduğunu bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail hərbi nümayəndəsinə istinadən “Sky News” məlumat yayıb.

“Tehrana doğru hava yolu faktiki olaraq açıqdır”, - mənbə vurğulayıb.

Onun sözlərinə görə, hava hücumları zamanı İranda iki nüvə obyekti (İsfahan və Natanzda) xeyli zədələnib və bu obyektlərin bərpası həftələr çəkəcək.

O, həmçinin əlavə edib ki, İsrail İranda 150-dən çox hədəfi vurub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin