İran İsrailin daha bir "F-35"ni vurub, pilot əsir götürülüb - YENİLƏNİB

2025/06/1749714061.jpg
Oxunub: 689     16:27     14 İyun 2025    
İran Quru Qoşunlarının hərbçiləri ölkə səmasında vurulan İsrail "F-35"nin pilotunu əsir götürüb.

Ordu.az xəbər verir ki, bu barədə "NourNews" agentliyi məlumat yayıb.

“Kanal 12”nin məlumatına görə, İsrail Ordusu təyyarənin vurulmasına dair informasiyanı təkzib edib.

***

İranın hava hücumundan müdafiə sistemləri İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus daha bir “F-35” qırıcısını vurub.

Bu barədə Ordu.az İran KİV-ə istinadən xəbər verir.

“İran İslam Respublikası Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin qərb səmasında daha bir İsrail “F-35” qırıcısını uğurla vuraraq məhv edib”, - məlumatda deyilir.

Bildirilib ki, pilot katapult edib, onun taleyi məlum deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail   F-35  


Bizi "telegram"da izləyin