Ordu.az xəbər verir ki, sınaq çərçivəsində “Akıncı”dan atılan “Çakır” raketi alçaq hündürlükdə dəniz səthini təqib etdikdən sonra avtonom şəkildə hədəfi müəyyən edərək məhv edib.
“Baykar”ın Tekirdağ, Çorluda yerləşən Uçuş Təlim və Sınaq Mərkəzindən havaya qalxan “Bayraktar Akıncı” ROKETSAN-ın ən yeni döyüş sursatlarından biri olan “Çakır” qanadlı raketi ilə inteqrasiya olunmuş tapşırıq uçuşu həyata keçirib.
Sinopdakı atış poliqonuna doğru hərəkət edən “Akıncı” Qara dənizdə təyin olunan hədəfi vurmaq üçün “Çakır” raketi ilə atəş açıb.
Atəşdən sonra “Çakır” avtonom uçuşuna başlayıb və milli olaraq inkişaf etdirilən “Kale Arge” istehsalı KTJ-1750 turboreaktiv mühərriki sayəsində səs sürətindən aşağı olan yüksək sürətlərdə uçub.
Sevinc Əliyeva
Ordu.az