Mirzoyan və Əraqçi regiondakı vəziyyəti müzakirə ediblər

2024/11/1732210095.jpg
Oxunub: 353     14:17     14 İyun 2025    
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Ordu.az-ın məlumatına görə, bu barədə erməni nazir "X" sosial şəbəkəsində bildirib.

"Biz son hadisələri müzakirə etdik və cari vəziyyətlə bağlı fikir mübadiləsi apardıq. Ermənistanın ifadə etdiyi mövqeyə uyğun olaraq, mən regionda risklərin idarə olunmasının və eskalasiyasının qarşısının alınmasının vacibliyini vurğuladım", - deyə A.Mirzoyan qeyd edib.

O, həmçinin MAQATE ilə bağlı məsələlər də daxil olmaqla, İran rəsmiləri ilə sıx təmasda olduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Əraqçi  


Bizi "telegram"da izləyin