Ordu.az xəbər verir ki, Cakartada keçirilən “Indo Defence” sərgisində “KF-21 Boramae” döyüş təyyarəsi proqramı ilə bağlı yenidən işlənmiş müqavilənin imzalandığı açıqlanıb.
DAPA sədri Seok Yonq-qeon İndoneziyanın müdafiə naziri Scafrie Scamsoeddin və nazir müavini Donni Ermavan Taufanto ilə görüş zamanı KF-21 layihəsində əməkdaşlığın yenidən qurulmasını müzakirə edib.
Seok İndoneziya mühəndisləri ilə problemlərin həllini “əhəmiyyətli bir mərhələ” kimi xarakterizə edib.
Tərəflər birgə inkişaf səylərini sürətləndirmək, quru və dəniz müdafiə sistemlərini daxil etmək üçün əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
Bu çərçivədə Cənubi Koreya Döyüş Təyyarəsi Proqramı Ofisi ilə İndoneziya Ehtiyat Qüvvələri Müdirliyi arasında yenidən işlənmiş Birgə İnkişaf Layihəsi Sazişi imzalanıb.
Bu sənəd, həmçinin Cənubi Koreyanın Müdafiə Tədarükü Proqramının Təşviq Komitəsinin 2024-cü ilin avqust ayında qəbul etdiyi qərara uyğun olaraq İndoneziyanın maliyyə töhfəsi nisbətindəki dəyişikliyi əks etdirir.
Sevinc Əliyeva
Ordu.az