Ordu.az xəbər verir ki, hazırda İndoneziya Təhlükəsizlik Təşkilatının elit xüsusi əməliyyat bölməsi olan BRIMOB tərəfindən fəal şəkildə istifadə edilən platforma bu dəfə ölkənin quru qoşunlarının marağı ilə gündəmə gəlib.
“Nurol Makina”nın biznesin inkişafı direktoru Mehmet Çorbacıoğlu Cakartada keçirilən sərgidə verdiyi açıqlamada BRIMOB ilə imzalanan müqavilə çərçivəsində ötən il tədarüklərin uğurla tamamlandığını və İndoneziya ordusundan da eyni platforma üçün müraciətlərin olduğunu bildirib.
Sözügedən danışıqların “INDO Defence 2025” ilə sürət qazandığını ifadə edən Çorbacıoğlu sərgidən sonra təmasların davam edəcəyini vurğulayıb.
Qeyd edək ki, ilk dəfə 2017-ci ildə təqdim edilən “Yörük” 4×4 həm hərbi birliklər, həm də təhlükəsizlik qüvvələri üçün yüksək hərəkətlilik, qoruma və əməliyyat çevikliyi təklif edən platforma olaraq hazırlanıb.
Sevinc Əliyeva
Ordu.az