TEI yerli mühərrik gücü ilə “Paris Air Show 2025”də səhnəyə çıxacaq

2025/06/Ekran-1749889098.jpg
Oxunub: 445     16:16     14 İyun 2025    
“TUSAŞ Motor Sanayii A.Ş.” (TEI) aviasiya mühərrikləri sahəsində 40 illik təcrübəsi ilə dünyanın ən nüfuzlu aviasiya tədbirlərindən biri olan “Paris Air Show 2025”də iştirak etməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, TEI iyunun 16-22-də “Paris Le Bourget” hava limanında keçiriləcək sərgidə unikal mühərrik layihələri və qlobal istehsal imkanları ilə beynəlxalq iştirakçıların qarşısına çıxacaq.

Ziyarətçilərini “Hall 4 / D.178” nömrəli stenddə qonaq edəcək TEI Türkiyənin ilk reaktiv mühərriki TF6000, “T625 Gökbey” helikopterində xidmət edən turboşaft mühərriki TS1400, pilotsuz uçuş aparatlarına güc verən PD170 turbodizel mühərriki və mini turboreaktiv mühərrikləri təqdim edəcək.

Bundan əlavə, beynəlxalq layihələrə töhfə verən hissə və modul istehsalı bacarıqları da təqdim ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TEI   TUSAŞ   Türkiyə  


Bizi "telegram"da izləyin