Ordu.az xəbər verir ki, məlumatı ROKETSAN baş direktoru Murat İkinci açıqlayıb.
İndoneziyanın paytaxtı Cakartada davam edən INDODEFENCE Müdafiə Sənayesi Sərgisində jurnalistlərə açıqlama verən ROKETSAN baş direktoru Murat İkinci mühüm məlumatları paylaşıb.
O qeyd edib ki, ROKETSAN BORA raketinin ixrac versiyası olan KHAN ballistik raketinin İndoneziyaya tədarükünə başlayıb.
“İndoneziya əslində KHAN raketinin istifadəçilərindən biridir. Biz onu İndoneziyaya ixrac etdik və hazırda tədarüklər davam edir. Avtomobillər artıq getməyə başladı və tədarüklər tamamlandıqdan sonra əlavə tələblərin gəlməsini gözləyirik.
Hazırda burada olmağımızın səbəblərindən biri də budur. Bu bölgədə ballistik raketlərə ciddi ehtiyac var. Bu, təkcə KHAN üçün deyil, həm də TRG-300, TRG-230 və TRG-122 üçün böyük bazarı olan bir bölgədir”, - deyə İkinci bildirib.
Sevinc Əliyeva
Ordu.az