Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
İndoneziyanın paytaxtı Cakartada təşkil edilən INDODEFENCE sərgisində jurnalistlərin suallarını cavablandıran ASELSAN baş direktoru Ahmet Akyol ASELSAN-ın “Kaan” döyüş təyyarələri üçün hazırladığı sistemlərdə əldə olunan son mərhələ ilə bağlı açıqlamalar verib.
Akyol verdiyi açıqlamada qeyd edib:
“Söhbət 5-ci nəsil təyyarədən gedir. Bu son texnologiyalı təyyarənin ən əsas xüsusiyyəti onun havada sensorlar və proqram təminatı daşıyan böyük bir maşın olmasıdır. Ona görə deyə bilərəm ki, bu təyyarədə gördüyünüz bütün elektron sistemlər, sensorlar və proqram təminatı ASELSAN tərəfindən hazırlanıb.
Hər şeydən əvvəl, eyni vaxtda izləmə qabiliyyəti, məsafəsi və Radioelektron Mübarizə (REM) qabiliyyəti ilə həqiqətən oyun dəyişdirici bir radara sahib olacaq. Biz indi onun radarını hazırlamışıq. Bu, MURAD-600-dür. Bu, təyyarəyə uzun məsafədə nişan alma və uzun məsafədə raketləri istədiyi yerə göndərmə imkanı verəcək. Bununla inteqrasiya olunmuş REM sistemi hazırlanıb. Bütün bu radarlarla inteqrasiya olunmuş müasir təhlükələrə qarşı təsirli olan bu yüksək inkişaf etmiş təyyarəni bütün əməliyyatlarında REM qabiliyyəti ilə ön plana çıxaracaq sistemlər, REM Dəsti hazırlandı”.
Sevinc Əliyeva
Ordu.az