Ordu.az xəbər verir ki, bu günə qədər 10 ölkədə fəaliyyət göstərən 13 təlim mərkəzində ümumilikdə 3000 pilot və 13000 texniki qulluqçu hərtərəfli təlim prosesindən keçib.
“Lockheed Martin” aviasiya vitse-prezidenti və F-35 proqram direktoru Bricit Loderdeyl deyib: “Bu mühüm mərhələ F-35 təlim sisteminin mükəmməlliyini və müttəfiqlərimizin beşinci nəsil qırıcılara keçmək öhdəliyini əks etdirir”.
F-35 pilotları yüksək texnologiyalı simulyatorlar və real uçuş təlimləri ilə dəstəklənən inteqrasiya olunmuş proqramlar vasitəsilə təyyarənin qabaqcıl sensor birləşmə və missiya sistemlərindən səmərəli istifadə etməyə hazırlaşırlar. Bu təlim modeli pilotların əməliyyat uğurlarını artırmaq məqsədi daşıyır.
Sevinc Əliyeva
Ordu.az