ROKETSAN və “Sefine” Gəmiqayırma Zavodu İndoneziyanın dəniz müdafiəsini gücləndirəcək

2025/06/Ekran-1749887967.jpg
Oxunub: 363     14:02     14 İyun 2025    
ROKETSAN və “Sefine” Gəmiqayırma Zavodu İndoneziyanın dəniz müdafiəsini gücləndirmək üçün əməkdaşlıq müqaviləsi imzalayıb.

Ordu.az xəbər verir ki, ROKETSAN “Sefine” Gəmiqayırma Zavodu ilə “Atmaca” silah sisteminin İndoneziya Müdafiə Nazirliyinin 2 dəniz platformasına inteqrasiyası üçün müqavilə imzalayıb.

Türkiyə ilə İndoneziya arasında müdafiə sənayesi əməkdaşlığını gücləndirən müqavilə üçün “Indo Defence 2025” sərgisində imza mərasimi keçirilib.

Türkiyənin hərbi gəmiqayırma və raket texnologiyaları sahəsindəki gücünü nümayiş etdirən bu müqavilə Türkiyə ilə İndoneziya arasında müdafiə sənayesi əməkdaşlığının gücləndirilməsi baxımından da əhəmiyyətlidir.

ROKETSAN-ın baş direktoru Murat İkinci imza mərasimindəki çıxışında deyib:

“Bu müqavilə İndoneziyanın dəniz müdafiə gücünü artırmaq üçün “Sefine” Gəmiqayırma Zavidy ilə apardığımız qətiyyətli əməkdaşlığı əks etdirir. Bu əməkdaşlıqla biz həm də Türkiyənin müdafiə sənayesindəki gücünü və beynəlxalq tərəfdaşlıqlara sadiqliyini bir daha nümayiş etdiririk. Qarşıdakı dövrdə dost, müttəfiq ölkəmiz İndoneziyanın qısa və uzunmüddətli müdafiə ehtiyaclarını yeni layihələr, əməkdaşlıqlar ilə qarşılamağa, ölkəmizin bayrağını müxtəlif coğrafiyalarda dalğalandırmağa davam edəcəyik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   Sefine  


Bizi "telegram"da izləyin