Tramp müəyyən miqrant qruplarının həbsini dayandırıb

2025/06/1749877059.jpg
Oxunub: 325     09:12     14 İyun 2025    
ABŞ prezidenti Donald Trampın administrasiyası kənd təsərrüfatı sektorunda, eləcə də otel və restoran biznesində çalışan qeyri-qanuni miqrantların həbsinin dayandırılması barədə göstəriş verib.

Ordu.az xəbər verir ki, bu barədə “The New York Times“ öz mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, cümə axşamı ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) regional bölmələrinin rəhbərləri müvafiq əmr alıblar.

"Bu gündən etibarən kənd təsərrüfatı, restoranlar və mehmanxanalardakı işlərə təsir edən bütün araşdırmaları və əməliyyatları dayandırın", - deyə həmin əmrdə deyilir.

Qurumun əməkdaşları insan alveri, çirkli pulların yuyulması və narkotik qaçaqmalçılığı ilə bağlı araşdırmaları davam etdirə bilər, lakin onlar ABŞ-da qeyri-qanuni qalmaqdan başqa heç bir cinayət törətməyən immiqrantları saxlamamalıdırlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin