İsrail ordusu İranın iki aviabazasına zərbələr endirdiyini açıqlayıb

2025/06/1749876081.jpg
Oxunub: 664     05:11     14 İyun 2025    
İsrail Müdafiə Qüvvələri raket və pilotsuz uçuş aparatlarının buraxılışı üçün istifadə olunan iki İran hərbi-hava bazasına zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə ordu mətbuat xidmətinin bəyanatında deyilir.

Məlumata görə, zərbələr İranın qərbindəki Həmədan və şimalındakı Təbriz hava bazalarına, həmçinin ölkənin şimal-qərbindəki “yer – yer” sinifli raketlərin buraxılış meydançasına endirilib.

“Hücum zamanı onlarla İran PUA-sı və “yer – yer” sinifli raket qurğuları məhv edilib”, – məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin