Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalına yüksəkrütbəli İran rəsmisi bildirib.
“İran beynəlxalq hüquqa uyğun olaraq bu rejimə (İsrailə – red.) qətiyyətlə cavab vermək hüququnu özündə saxlayır. İranın əməliyyatlarından rejimi qorumağa çalışan hər hansı ölkə öz növbəsində regional bazalarının və mövqelərinin yeni hədəflərə çevrildiyini görəcək”, – o qeyd edib.
Xatırladaq ki, daha əvvəl İranın BMT-dəki daimi nümayəndəsi ABŞ-nin İran ərazisinə İsrail zərbələrində iştirak etdiyini bildirmişdi.
Ordu.az