Ukrayna nümayəndə heyəti İstanbulda Avropa rəsmiləri ilə görüşüb

2025/05/1747399252.jpg
Oxunub: 450     13:39     02 İyun 2025    
Ukrayna xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa və ölkənin nümayəndə heyətinin üzvü Aleksandr Bevzlə Almaniya, İtaliya və Böyük Britaniyanın nümayəndələri arasında İstanbulda görüş keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna XİN-in rəsmi nümayəndəsi Georgi Tixiy “X”də yazıb.

"Tərəflər bu gün Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşü ərəfəsində mövqelərini əlaqələndiriblər. Ukrayna nümayəndə heyətinin üzvləri Kiyevin sülh səylərinə sadiqliyini təsdiqləyiblər. Onlar gündəliyə daxil olan və liderlərin görüşünü, tam atəşkəsi və etimadın möhkəmləndirilməsi üzrə humanitar tədbirləri əhatə edən məsələləri ətraflı müzakirə ediblər", - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Avropa  


Bizi "telegram"da izləyin