İsrailin aviazərbələri nəticəsində Qəzzada bir gündə 32 nəfər ölüb

2025/06/1748841032.jpg
Oxunub: 724     08:05     02 İyun 2025    
İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində son 24 saat ərzində 30-dan çox fələstinli həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

“Son 24 saat ərzində Qəzza zolağında 37 ölü, o cümlədən daha əvvəl öldürülən 5 nəfərin cəsədi çatdırılıb. Bundan başqa 136 yaralı xəstəxanalara çatdırılıb. Bununla belə, dağıntılar altında və küçələrdə hələ də çoxlu qurbanlar var ki, onlara təcili yardım və mülki müdafiə xidmətləri çata bilmir”, - məlumatda deyilir.

Səhiyyə Nazirliyinin son məlumatına görə, cari ilin martın 18-dən bəri İsrail Müdafiə Qüvvələrinin hərəkətləri 4149-dan çox insanın ölümünə, 12,5 minə yaxınının isə yaralanmasına səbəb olub.

Fələstin-İsrail qarşıdurması başlayandan bu yana ölən fələstinlilərin ümumi sayı 54 418 nəfəri keçib, 124 190 şəxs yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza   Raket  


Bizi "telegram"da izləyin