Kreml: Moskva Ukraynada nizamlanma üzrə memorandum layihəsi üzərində işi tamamlayır

2025/05/1747681204.jpg
Oxunub: 431     14:55     28 May 2025    
Ukraynada nizamlanma üzrə memorandum layihəsi üzərində iş yekun mərhələdədir.

Ordu.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Moskva və Kiyev tərəfindən hazırlanmış sülh nizamlanması üzrə memorandum layihələri tezliklə məlum olacaq, bundan sonra tərəflər arasında yeni danışıqlar raundu barədə söhbət gedəcək.

D.Peskov əlavə edib ki, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında görüş mümkündür, lakin bu, iki ölkənin nümayəndə heyətləri arasında konkret razılaşmaların nəticəsi olmalıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Moskva   Ukrayna  


Bizi "telegram"da izləyin