KİV: Hakan Fidan Ukraynaya səfər edəcək

2025/02/1739686493.jpg
Oxunub: 387     14:20     28 May 2025    
Türkiyənin xarici işlər naziri Hakan Fidan həmkarı Andrey Sibiqanın dəvəti ilə mayın 29-30-da Ukraynaya səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

"Xarici işlər naziri Hakan Fidan 29-30 may 2025-ci il tarixlərində Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın dəvəti ilə Ukraynaya səfər edəcək. Hakan Fidanın Ukrayna Prezidenti Volodimir Zelenski və Baş nazir Denis Şmıqal tərəfindən qəbul edilməsi planlaşdırılır.Təmaslar zamanı nazir Fidan Rusiya Federasiyası ilə Ukrayna arasında növbəti danışıqların aparılmasına, həmçinin Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsinin vacibliyinə diqqət çəkəcək”, - mənbə qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   Ukrayna  


Bizi "telegram"da izləyin