Ordu.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bəyan edib.
"Rusiyaya gəlincə, bizim yanaşmalarımız prinsipial və dəyişməz olaraq qalır. Dəfələrlə demişəm və təkrar edirəm: yeni təhlükəsizlik arxitekturası bərabər və bölünməz olmalıdır. Yəni bütün dövlətlər öz təhlükəsizliklərinə dair möhkəm zəmanətlər almalıdırlar, lakin bu, digər ölkələrin təhlükəsizliyi və maraqları hesabına olmamalıdır", - o bildirib.
V.Putin qeyd edib ki, Avrasiya qitəsini sülh və sabitlik məkanına çevirmək vacibdir.
Ordu.az