Ukrayna Prezidenti ABŞ-ı Rusiyaya qarşı yeni sanksiya tətbiqinə çağırıb

2025/04/1744912190.jpg
Oxunub: 357     12:04     28 May 2025    
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibə məsələsində ABŞ-dan gözləntilərini açıqlayıb.

Ordu.az UNİAN-a istinadən xəbər verir ki, Zelenski Ukrayna tərəfinin ABŞ prezidenti Donald Tramp administrasiyasından Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməklə “güc vasitəsilə sülh” siyasətini təsdiqləyəcəyini gözləyir.

"Biz Amerika Birləşmiş Ştatlarından sanksiyalar gözləyirik. Avropa bunu etdi, 17-ci paket var. Biz 18-ci paketin təfərrüatlarını daha güclü olması üçün müzakirə apardıq, Avropa İttifaqındakı həmkarlarımızla - Ursula fon der Leyen və Antonio Kosta ilə də bunu açıq şəkildə müzakirə etdik." - deyə prezident əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna   ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin