NATO qüvvələri HİMARS kompleksləri ilə hərbi təlimlər keçirib

2025/03/1741424518.jpg
Oxunub: 473     20:04     27 May 2025    
NATO qüvvələri İsveçin Qotland adasında HİMARS zenit-raket komplekslərindən atəş üzrə təlimlər keçirib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, atışlar 11-31 may ərzində İsveç, Finlandiya, Norveç, Latviya və Litva ərazilərində keçirilən iriqmiyaslı “Swift Response 25” hərbi təlimləri çərçivəsində baş tutub.

Qeyd edək ki, “Swift Response 25” müharibə oyunlarında 14 ölkədən 6 minə yaxın şəxsi heyət iştirak edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HİMARS   NATO  


Bizi "telegram"da izləyin