“2024-cü ildə 7,2 milyard dollar ixrac və 7,1 milyard dollar idxal ilə ixracın idxala nisbətini 102% səviyyəsinə çatdırdıq” - Bayraktar

2025/05/1748247195.jpg
Oxunub: 603     16:12     26 May 2025    
“Baykar” baş direktoru Haluk Bayraktar Türkiyənin müdafiə və aviasiya sənayesinin əldə etdiyi irəliləyişlərə diqqət çəkərək, sektorun 2024-cü ilə qədər ixrac-idxal əhatə nisbətini 102%-ə yüksəltdiyini və qlobal bazarda əhəmiyyətli bir aktora çevrildiyini bildirib.

Ordu.az xəbər verir ki, Bayraktar Türkiyənin bu sahədə yüksəlişinin beynəlxalq güc tarazlıqları və regional dinamikalar oxunda orijinal texnologiyalarla daha təsirli bir rol oynamağa imkan verdiyini ifadə edib.

Qlobal müdafiə ticarətinin mövcud dinamikasına toxunan Bayraktar bildirib: “Qlobal müdafiə ticarətinə baxdığımızda, ABŞ və Fransanın ixracatda lider olduğunu, Ukrayna, Səudiyyə Ərəbistanı və Hindistan kimi ölkələrin isə idxalda ön plana çıxdığını görürük”.

Bayraktar bu vəziyyətin beynəlxalq güc əlaqələrinin, ittifaqların və regional qarşıdurmaların müdafiə sənayesi ticarətini necə formalaşdırdığını açıq şəkildə ortaya qoyduğunu vurğulayıb.

“Güclü müdafiə sənayesi xarici asılılıq zəncirlərini qırmağın ən təsirli yoludur”, - deyə o qeyd edib.

Türkiyənin bu qlobal mənzərədə ixracatçı ölkələr arasında yüksələrkən, idxala əsaslanan yanaşmanı geridə qoyduğunu bildirən Bayraktar deyib: “Türkiyə NATO daxilində öz texnoloji kimliyini quran bir ölkə olaraq önə çıxır”.

Bayraktar Ukrayna, Hindistan, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələrin idxal cəbhəsindəki yüksək paylarının bu bölgələrdə təhlükəsizlik ehtiyaclarının və modernləşmə səylərinin sıxlığına işarə etdiyini ifadə edərək, bu vəziyyətin Türkiyənin öz yerli texnologiyaları ilə bu bazarlarda daha təsirli rol oynaması üçün böyük fürsət yaratdığını qeyd edib.

Sektorun xarici ticarət göstəricilərinin əldə edilən səriştə səviyyəsinin və beynəlxalq rəqabət qabiliyyətinin ən konkret göstəricisi olduğunu vurğulayan Bayraktar aşağıdakı təəccüblü məlumatları paylaşıb:

“2024-cü ildə 7,2 milyard dollar ixrac və 7,1 milyard dollar idxal ilə ixracın idxala nisbətini 102% səviyyəsinə çatdırdıq. Bu, təkcə istehlak edən deyil, eyni zamanda texnologiya istehsal edən, dizayn edən və dünyaya ixrac edən Türkiyə idealının reallaşmasının elanıdır”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Baykar  


Bizi "telegram"da izləyin