Ordu.az xəbər verir ki, təyyarələr 71-ci “General Emanoil Ionescu” aviabazasının uçuş-enmə zolağına enib.
Tədarükü rəsmi olaraq Rumıniya Müdafiə Nazirliyi elan edib.
Bu çatdırılma Rumıniya və Norveç hökumətləri arasında imzalanmış 32 F-16 döyüş təyyarəsinin tədarükünə dair hərtərəfli sazişin bir hissəsidir. Müqaviləyə, həmçinin ABŞ hökuməti tərəfindən təqdim olunan ilkin logistik dəstək paketi, əlavə avadanlıq və xidmətlər daxildir.
F-16-lar hazırda Rumıniya HHQ-nin inventarında olan digər təyyarələrlə birlikdə milli hava məkanının və NATO missiyalarının mühafizəsi üçün istifadə olunacaq.
Sevinc Əliyeva
Ordu.az